Daşınmaz Əmlakın Alqı-Satqısı

недвижимость в турции

TÜRKİYƏDƏ EV AL TÜRKİYƏLİ OL!

250 min dollara daşınmaz əmlak al dərhal Türkiyə vətəndaşı ol. Ya da büdcənə ən uyğun daşınmaz əmlak al, peşəkar hüquqşünaslarımız sayəsində yaşamaq icazəsi əldə edərək 5 il sonra Türkiyə vətəndaşı ol.

Tələbinizə və budcənizə uyğun evləri tapmaq artıq çox asandır. Türkiyənin istənilən şəhərində mənzillər, villalar, torpaq sahələri, ofis və büroların satışı.

Virtual Səyahət

İstəklərinizə uyğun evi tapır, evlə əlaqədar bütün suallarınızı cavablandırır, alacağınız mülkü əvvəldən görmək istəsəniz, video zənglə gələcək evinizi virtual olaraq gəzdiririk.

Hər kəsin arzuladığı evə ən uyğun gələnini tapır, evin bütün üstünlüklərini və çatışmayan cəhətlərini müştəri ilə əvvəldən müzakirə edir, problemləri aradan qaldırmaq üçün həll yolları təklif edirik.

Notarius və Tərcümə Xidmetleri

Aldığınız mülklə əlaqədar bütün hüquqi, notarial və tərcümə işlərinizi həll edirik.

SİZ İSTƏYİN BİZ REALLAŞDIRAQ!

Firavan bir həyat,  yaşıl və mavi rənglərin birləşdiyi yerdə, beqonvil çiçəkləri arasından gülümsəyən mas-mavi dəniz, tər-təmiz qumsallar və son texnologiya ilə inşa edilmiş villalar, mənzillər artıq ovcunuzun içindədir. Şəhər işıqlarının dənizdə mirvari kimi düzüldüyü, şən musiqi səslərinin və əyləncənin ətrafınızı sardığı ən qaynar nöqtəsindən, limon və portağal çiçəkləri və zeytun ağacları ilə bəzənmiş, göz alıcı peyzaja və Ege dənizinin füsünkar gözəlliyinə malik ən müasir villalarının yerləşdiyi şəhər kənarı məkanlarına qədər xəyalınızdakı istənilən evi reallığa çeviririk. Türkiyənin istədiyiniz bölgəsində arzuladığınız evləri tapmaq artıq bizimlə çox asandır.